Saytımızı qiymətləndirin


 
 

İsrail Qəzzada əməliyyat zamanı gizli tunellər tapdı- Tunellərdən gorovların cəsədləri çıxdı
Tarix: 25-12-2023 | Saat: 17:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Qəzza zolağında HƏMAS qruplaşmasının tunellərində üçü hərbçi olmaqla beş girovun cəsədi tapılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

“Əsgərlər oktyabrın 7-də oğurlanmış beş girovun cəsədini tapıb çıxarıblar və basdırmaq üçün İsrailə aparıblar”, – məlumatda bildirilir.

İsrail hərbçiləri girovların cəsədlərini Qəzzanın şimalında Cəbəliyə şəhəri üzərində nəzarətin yaradılması əməliyyatı zamanı aşkar ediblər. Bu əməliyyatın bir hissəsi olaraq ordu həm də HƏMAS tərəfindən qərargah kimi istifadə edildiyi iddia edilən “strateji tunel şəbəkəsi” aşkar edib. Orada silahlar, onların istehsalı üçün infrastruktur və təcili sığınacaqlar da tapılıb.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı gorov götürülən 130-a yaxın israilli hələ də azad edilməyib. Bu günə qədər 110 nəfər sərbəst buraxılıb, ən azı 30 girov girovluqda ölüb.

 



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər