Saytımızı qiymətləndirin


 
 

Tarixi oyun: Bu gün Xankəndidə “Qarabağ” - MOİK qarşılaşması keçiriləcək 
Tarix: 21-12-2023 | Saat: 09:55
Bölmə:Karusel / Qarabağ / İdman | çapa göndər

Tarixi oyun: Bu gün Xankəndidə “Qarabağ” - MOİK qarşılaşması keçiriləcək - VİDEO

Oxu.Az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. “Qarabağ” MOİK-lə üz-üzə gələcək.

Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu yüzlərlə tamaşaçı stadiondan canlı izləyəcək.

Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub.

Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.

“Qarabağ” - MOİK qarşılaşmasından başqa bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində “Neftçi” - “Qaradağ Lökbatan” matçı da keçiriləcək. Bu, 1/8 final mərhələsinin son oyunu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər