Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Putinlə Taxıl Dəhlizini müzakirə edəcək
Tarix: 19-12-2023 | Saat: 16:19
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ərdoğan Putinlə Taxıl Dəhlizini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə rusiyalı həmları Vladimir Putinlə danışıqlar aparacağını bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə o, Macarıstandan qayıdan zaman danışıb.

 

O deyib ki, Taxıl Dəhlizi mexanizmi daha ədalətli dünyaya doğru müsbət addım idi.

 

"Biz Taxıl Dəhlizini yenidən işlətməliyik. Ehtiyacı olan Afrika ölkələrinin bundan öz payını almasını təmin etməliyik. Rusiya, Qətər və Türkiyə olaraq üçlü həmrəylik yaratdıq. Qətər bu dəhlizdən gələn taxılı maddi cəhətdən dəstəkləyəcək, biz işə qarışıb fabriklərimizi işlətməklə onu una çevirərək Afrika ölkələrinə göndərəcəkdik. Biz bu plana əməl edirik. Bu yaxınlarda Rusiya prezidenti cənab Vladimir Putinlə görüşümüz olacaq və “Taxıl dəhlizinin işləməsi üçün əlimizdən gələni edək” deyəcəyik", - Ərdoğan qeyd edib.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər