Saytımızı qiymətləndirin


 
 

Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb
Tarix: 15-04-2022 | Saat: 10:02
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynanın 1903 tankı məhv edilib - Rusiya MN Yenisabah.az

“Rusiya Silahlı Qüvələri Ukraynanın yaşayış yerlərindəki infrastrukturlara raket-bomba zərbələri endirməkdə davam edir".

Qarabaginfo.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Qərargahı yayıb.

“Belarus Silahlı Qüvvələrinin ayrı-ayrı taqımları Brest və Qomel vilaylətlərinin Ukrayna ilə sərhədinin bağlanması ilə bağlı tapşırıqları icra edirlər. Bu ərazilər Ukraynanın Volınsk və Poliske vilayətləri istiqamətində yerləşir.

Siver və Slobodan istiqamətində vəziyyətə dəyişməz olaraq qalır", - rəsmi informasiyada vurğulanılb.

Bildirilib ki, Yujnobuq istiqamətində Rusiya Silahlı Qüvvələri mövqelərini qorumaq üçün istehkam texnikası, ehtiyat silah və hərbi texnika, sursat, yanacaq-sürtkü materialları gətirir: “Donetsk və Tavriya istiqamətində düşmən Popasna və Rubijne yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərib. Onların cəhdləri uğursuz olub. Silahlı Qüvvələrimiz Donetsk və Luqansk vilayətlərində son sutkada rəqibin 8 hücumunu dəf edib, 4 tankını, 6 zirehli nəqliyyatını, 4 piyadaların döyüş maşınını, eləcə də bir artilleriya sistemini məhv edib”.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər
31-05-2022, 15:24 Qubada avtomobil yandı