Saytımızı qiymətləndirin


 
 

Nazirlər Kabineti doğum və ölüm haqqında elektron şəhadətnamə formalarını hazırlayacaq
Tarix: 23-09-2020 | Saat: 12:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Nazirlər Kabineti doğum və ölüm haqqında elektron şəhadətnamə formalarını hazırlayacaq

 

Nazirlər Kabineti “Doğum haqqında elektron şəhadətnamə”nin və “Ölüm haqqında elektron şəhadətnamə”nin formasını bir ay müddətində təsdiq edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qarabagimfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti eyni zamanda doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların EHİS vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin siyahısını bir ay müddətində təsdiq etməlidir.

Həmçinin, NK doğumun və ölümün elektron qaydada qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.



Xəbəri paylaş

376 dəfə oxunub.

Digər xəbərlər