Saytımızı qiymətləndirin


 
 

“Netanyahu hökuməti və Qəzza ilə bağlı taktikanı dəyişməlidir”- BAYDEN
Tarix: 13-12-2023 | Saat: 17:09
Bölmə:Karusel / Dünya | çapa göndər

“İsrail fərq qoymadan bombardmana davam edərsə, beynəlxalq səviyyədə təcrid olunmuş vəziyyətə düşə bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

Ağ Ev bundan əvvəl İsraili dinc əhali arasında itkiləri azaltmaq üçün zərbələr endirməyə çağırsa da, ABŞ prezidentinin hazırkı bəyanatı HƏMAS-a qarşı müharibə başlayandan bəri ən kəskin tənqid hesab olunur.

Bayden hesab edir ki, İsrail dünyada dəstəyini itirməyə başlayır, ona görə də Qəzza əməliyyatına yanaşmasını dəyişməlidir.

ABŞ lideri həmçinin Baş nazir Benyamin Netanyahunu həm Qəzzada, həm də İordan çayının qərb sahilində sərt davranmağa qərarlı ifrat sağçı siyasətçilərin üstünlük təşkil etdiyi hökumətin tərkibini dəyişməyə çağırıb.

Bayden Netanyahunun koalisiyasını İsrail tarixinin ən mühafizəkar hökuməti adlandırıb: “İki dövlət – İsrail və Fələstin yaratmaqdan danışmaq istəmirlər. Bu dəyişməlidir və belə bir hökumətlə Netanyahunun hərəkətə keçməsi çox çətindir”.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər