Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda üç müxalif partiyanın qadağası ilə bağlı prosedura başlanılır
Tarix: 28-10-2025 | Saat: 17:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Gürcüstanda üç müxalif partiyanın qadağası ilə bağlı prosedura başlanılır

Gürcüstanda bəzi müxalif partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı konstitusiya iddiasının detalları açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib ki, iddianı hakim “Gürcü Arzusu” partiyası ilə yanaşı “Avropa Sosialistləri” və “Xalqın gücü” partiyaları hazırlayıb.

Spiker qeyd edib ki, iddiada dövlət və konstitusiya əleyhinə fəaliyyət göstərən üç partiyanın - Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo - Güclü Gürcüstan” partiyasının Gürcüstan Konstitusiyasına zidd elan edilməsi tələbi yer alıb.

İddianın bu həftə ərzində Konstitusiya Məhkəməsinə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, konstitusiya iddiası parlamentin müvəqqəti istintaq komissiyasının hazırladığı və 2003-2012-ci illərdə hakimiyyətdə olmuş rejimin, həmin rejimlə bağlı olan siyasi xadimlərin 2003-cü ildən bu günədək fəaliyyətinin qiymətləndirildiyi 472 səhifəlik hesabatın əsasında hazırlanıb.

Gürcüstanın hakim komandası hesab edir ki, təsisçisi sabiq prezident Mixeil Saakaşvili olan Vahid Milli Hərəkat Partiyası və onun ətrafındakı siyasi qüvvələrin fəaliyyətinin qadağan edilməsi ölkədə siyasi mühitin sağlamlaşdırılması üçün zəruridir.

Xatırladaq ki, oktyabrın 16-da Gürcüstan parlamenti konkret şəxslərə partiya fəaliyyətini, siyasi vəzifələr tutmağı və seçkilərdə iştirak hüququnu qadağan edən qanunvericilik paketini qəbul edib.

Düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsinin qərarı ilə konkret partiyanın qadağan ediləcəyi halda onun üzvləri və onunla bağlı şəxslər parlament və bələdiyyə seçkilərində iştirak edə bilməyəcəklər. Həmin şəxslər digər partiyaların üzvləri və ianəçiləri olmaq hüququndan da məhrum ediləcəklər.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər