Tarix: 12-12-2023 | Saat: 14:11
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.
Qarabaginfo.az xəbər verir ki, tədbirdə Azərbaycan İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimizin, Sarıyer bələdiyyəsinin, konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün türk dünyasının əvəzedilməz dahi bir şəxsiyyəti olduğunu deyib.
“Ulu öndər Heydər Əliyevin Azərbaycanın ən çətin dövründə atdığı addımlar bugünkü güclü Azərbaycanın əsas təməlləridir” - deyə konsul bildirib.
Şükrü Genç ümummilli lider Heydər Əliyevin türk birliyi adına ayrı bir yeri olduğunu qeyd edib.
Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.
Digər xəbərlər