Saytımızı qiymətləndirin


 
 

“Puma” İsrail millisinə sponsorluğu niyə dayandırır?- “Financial Times” AÇIQLADI
Tarix: 12-12-2023 | Saat: 13:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniyanın “Puma” şirkəti bundan sonra İsrail milli futbol komandasına sponsorluq etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Financial Times” şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.

Dünyanın 3-cü ən böyük idman geyim şirkəti İsrail Futbol Federasiyası ilə müqaviləsini yeniləməmək qərarına gəldiyü üçün 2024-cü ildən etibarən ölkə millisinin formasını artıq təmin etməyəcək.

Sənəddə deyilir ki, qərar bir il əvvəl verilib və İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı səbəbindən “Puma” məhsullarının boykot edilməsi çağırışları ilə əlaqəli deyil.

Qeyd olunur ki, Puma maliyyə səbəblərinə görə İsrail milli komandasına sponsorluq etməkdən imtina edib. Bu, idman marketinqində daha seçici olmağa yönəlmiş strategiyasının bir hissəsidir.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər