Saytımızı qiymətləndirin


 
 

“ABŞ Konqresi yaxın həftələrdə Ukraynaya yardımı təsdiq edə bilər”- BLİNKEN
Tarix: 29-11-2023 | Saat: 17:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ Konqresinin üzvləri yaxın həftələrdə Ukraynaya maliyyə yardımı göstərilməsini dəstəkləyə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə mətbuat konfransı zamanı  deyib.

Onun sözlərinə görə, yeni paket təkcə Ukraynaya deyil, Qəzza zolağında hərbi əməliyyat keçirən İsrailə də böyük büdcə vəsaitlərinin ayrılmasını nəzərdə tutur.

Blinken bildirib ki, Birləşmiş Ştatlar prezident Co Baydenin təklif etdiyi Ukrayna üçün əlavə maliyyə vəsaitinin yaxın həftələrdə Konqres tərəfindən təsdiqlənməsini gözləyir.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton Ukraynaya qısamüddətli vəzifələri yerinə yetirmək, eləcə də ölkənin hərbi potensialını artırmaq üçün dəstəyini davam etdirir. Bu cür yardım ölkəyə gələcəkdə hücumların qarşısını almağa kömək edəcək.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər