Saytımızı qiymətləndirin


 
 

Ermənistanın 1000-dən çox yük maşını “Yuxarı Lars”da qalıb
Tarix: 28-11-2023 | Saat: 14:11
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ermənistanın 1000-dən çox yük maşını “Yuxarı Lars”da qalıb

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol əlaqəsi - “Yuxarı Lars” beynəlxalq buraxılış məntəqəsində ciddi problem yaranıb.

Qarabaqinfo.az  xəbər verir ki, bu barədə Ermənistanın iqtisadi və sosial inkişaf naziri Qnel Sanosyan bildirib.

Onun sözlərinə görə, hazırda “Yuxarı Lars”da Ermənistana məxsus 1000-dən çox yük maşını dayanır.

“Bəli, problem var, eyni yüklə yüklənmiş maşınların bəziləri keçir, bəziləri keçmir. Yüklərin əksəriyyəti kənd təsərrüfatı məhsullarıdır”.

Sanosyan problemin siyasi olduğunu düşünmədiyini bildirib. 

Qeyri-rəsmi məlumatlara görə isə Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının "Yuxarı Lars" keçid məntəqəsindən keçməsinə qəsdən icazə verməməklə, İrəvana siyasi təzyiq göstərir.

Qeyd edək ki, Gürcüstan ərazisində yerləşən “Yuxarı Lars” keçid məntəqəsi son vaxtlar Ermənistan üçün əsl başağırısına çevrilib. Qış aylarında “Yuxarı Lars” məntəqəsi həftələrlə qapadılır, Ermənistan öz məhsullarını Rusiya bazarına daşıya bilmir.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər