Tarix: 24-11-2023 | Saat: 15:03
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanla Rusiya arasında yayım sahəsində əməkdaşlıq haqqında sazişdə ölkənin daxili işlərinə qarışmamaq barədə şərt var.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, ölkəsi ilə Rusiya arasında yayım sahəsində əməkdaşlıq haqqında saziş 2020-ci ilin dekabrından mövcuddur. Bu sənəd yayım şərtlərini tənzimləyir. Onların arasında Ermənistanın daxili işlərinə qarışmamaq və ölkədə daxili siyasi sabitliyinin pozulmasının yolverilməzliyi barədə şərt yer alır.
Paşinyan ölkədə bəzi Rusiya kanallarının qadağan edilməsinin mümkünlüyü barədə sualı cavablandıraraq əlavə edib ki, Ermənistanın Televiziya və Radio Komissiyası və Yüksək Texnologiyalar Nazirliyi bu sazişin pozulması hallarını qeydə alıb. Rusiya ilə dostluq münasibətlərini nəzərə alaraq, rusiyalı həmkarlarını bu məsələləri müzakirə etməyə dəvət edib.
Digər xəbərlər