Tarix: 24-11-2023 | Saat: 14:42
Bölmə:Karusel / Siyasət | çapa göndər
Sizinlə razıyam ki, ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir, yeni layihələr ortaya çıxır. Bizim bir-birimizə heç bir sualımız yoxdur.
Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Biz həqiqi strateji tərəfdaşlar, Xəzər dənizi ilə faktiki qonşularıq. Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə dair birgə Bəyannamənin qəbul edilməsi, həmçinin Ali Dövlətlərarası Şuranın təsis olunması da tarixi hadisədir. Qeyd etdiyim kimi, bu fürsətdən istifadə edərək mən Bakıya faktiki olaraq tam formatda nümayəndə heyəti ilə gəlməyi qərara aldım. Çünki hesab edirəm ki, Azərbaycanda bugünkü görüşlərdə danışıqlar mahiyyətcə çox zəngin olacaq”, - o əlavə edib.
Digər xəbərlər