Saytımızı qiymətləndirin


 
 

Daha bir rayonda qızılca aşkarlandı: Universitet tələbləri arasında YOLUXMA
Tarix: 23-11-2023 | Saat: 15:05
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Daha bir rayonda qızılca aşkarlandı: Universitet tələbləri arasında YOLUXMA

Son günlər Azərbaycanın müxtəlif rayonlarında qızılcaya yolxuma halları qeydə alınıb. Bir neçə gün əvvəl məlum olub ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

 

Zaqataladan sonra Kürdəmirdə yoluxma aşkarlanıb. Rayonun Ailə Sağlamlıq Mərkəzinə 60-a yaxın sakin xəstəliyə yoluxma şübhəsi ilə müraciət edib, onlardan 9-u stasionar müalicəyə yerləşdirilib. Yoluxmaların yüngül dərəcəli olduğu qeyd olunur. Yoluxma halları rayonun Pirili, Ərəb Qubalı, Qarasaqqal, Şilyan və Sor Sor kəndlərində qeydə alınıb.

 

Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı ölüb.Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən rayonun Qağacılı kənd sakini, 4 yaşlı Qəribli Rüfət Roman oğlu xəstəxanaya gətirilərkən dünyasını dəyişib.

 

İndi isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələrinin qızılca virusuna yoluxması barədə xəbərlər yayılıb. Virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb. Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub.

 

Tələbələr, xəstəliklə bağlı Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər.

 

Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.

 

Səhiyyə Nazirliyi bildirib ki, respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Məlumatda bildirilir ki, hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.

 

"Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur", - Nazirlik qeyd edib.

 

 



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər