Tarix: 20-11-2023 | Saat: 16:05
Bölmə:Karusel / Region | çapa göndər
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolu xətti Ermənistanın nəzarətində olmalıdır.
Qarabaginfo.az xəbər verir ki, Klaar bunu “Armenpress”ə müsahibəsində deyib.
Toivo Klaarın sözlərinə görə, Avropa İttifaqı Ermənistanın baş naziri Nikol Paşinyanın ölkələri birləşdirən avtomobil və dəmir yolu kommunikasiyalarına dair baxışını tamamilə bölüşür.
“Biz açıq Cənubi Qafqaz vizyonunu bölüşürük, burada dəmir yolu və avtomobil əlaqəsi açıq olmalıdır. Türkiyə ilə və təbii ki, İranla da mövcud olan avtomobil və dəmir yolu əlaqələri açılmalıdır. Biz gələcəyi belə görürük. Bizim dinc Cənubi Qafqaza baxışımız ondan ibarətdir ki, bu nəqliyyat əlaqələri yenidən açılacaq, ticarət olacaq, sərhədləri keçən insanlar olacaq”.
Toivo Klaar Qarabağı tərk etmiş erməni sakinlərin geri qayıtması məsələsinə də toxunub:
"Düşünürük ki, onların geri qaytarılma hüququnun ilk növbədə təmin olunması çox vacibdir. Biz çox aydın şəkildə bildirmişik ki, bütün köçkünlər, əgər bunu etmək istəyirlərsə, təhlükəsiz şəkildə ilkin yaşayış yerlərinə qayıtmaq imkanına malik olmalıdırlar. Və bu mənada biz bu problemi müxtəlif platformalarda qaldırdıq. Hesab edirik ki, bu, həll edilməli olan çox mühüm məsələdir. Amma təbii ki, insanlar istəməsə, heç kəs geri qayıtmağa məcbur edilə bilməz. Amma geri qayıtmaq istəyənlər varsa, o zaman bütün səylər göstərilməlidir ki, onlara şərait yaradılsın ki, bu insanların əksəriyyəti geri qayıtmağa qərar versin".
Digər xəbərlər