Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərdə ermənilərə əsir düşdüyü ehtimal edilən qadının qalıqları tapılıb
Tarix: 31-10-2022 | Saat: 15:33
Bölmə:Karusel | çapa göndər

Kəlbəcərdə ermənilərə əsir düşdüyü ehtimal edilən qadının qalıqları tapılıb

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan  eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Baş Prokurorluqdan Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırlaraq ekspertiza aparılması məqsədilə götürülüb.

 

Aşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.  

 

Hazırda  araşdırma davam etdirilir.



Xəbəri paylaş

134 dəfə oxunub.

Digər xəbərlər