Saytımızı qiymətləndirin


 
 

Ermənilər separatçılıqdan əl çəkmir: qondarma “Artsax parlamenti” yığışacaq
Tarix: 18-11-2023 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilər separatçılıqdan əl çəkmir: qondarma “Artsax parlamenti” yığışacaq

 

Qarabağdan Ermənistana qaçan separatçılar fəaliyyətlərini işğalçı ölkədə davam etdirməyə çalışırlar.


Qarabaqinfo.az “Hraparak”a istinadən xəbər verir ki, özünü buraxmış qondarma “Artsax parlamenti” toplantı keçirməyi planlaşdırı. Qondarma qurumun bütün “beş fraksiyası”nın nümayəndələri İrəvandakı “Artsax nümayəndəliyi”nə toplaşaraq gələcək planları müzakirə ediblər.
 

“Əsas prioritetlər “parlamentin” yaxın vaxtlarda iclasının keçirilməsi ilə bağlı idi. Bizə dedilər ki, bu məsələdə hər beş qüvvə arasında siyasi konsensus var ki, tezliklə sessiya çağırılsın və normal iş bərpa olunsun.

İndi gündəliyi müzakirə edirlər ki, orada hansı məsələlərin yer alması lazımdır. Köçkünlərin sosial və digər problemlərinə üstünlük verilməsi təklif olunub”, - “Hraparak” yazıb.

Xatırladaq ki, qondarma “Artsax parlamenti”nin “sədri” David İşxanyan digər separatçı başçılarla yanaşı Bakıda həbsdədir.



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər