Tarix: 17-09-2020 | Saat: 16:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Mədəniyyət sahəsində yeni strateji istiqamətlər müəyyən edilib”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.
Anar Kərimov bildirib ki, bunun həyata keçirilməsində bəzi problemlərlə üzləşilir:
“Bu problemlərin bir çox hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlıdır. Bu, bizə idarəetmənin, iqtisadi modellərin tətbiq edilməsi üçün lazımdır. Sirr deyil ki, mədəniyyət sahəsində çalışan şəxslərin maddi imkanı heç də yüksək səviyyədə deyil. Dəyişikliklər bu sahədə çalışanların əməkhaqqılarına da müsbət təsir edəcək. Bu sahədə Mədəniyyət komitəsinin dəstəyini istərdik. Digər məsələlər şəffaflıqla bağlıdır. Bu sahədə şəffaflıq mütləq təmin olunmalıdır. Bu, səmərəlilik əmsalının artırılması məsələsidir. Həmçinin infrastruktur və maddi texniki bazanın təkmilləşdirilməsi məsələsi də var. Bunun inkişafı üçün səylər davam etdirilir. İnsan kapitalının gücləndirilməsi sahəsində də problemlər var”.
Digər xəbərlər