Saytımızı qiymətləndirin


 
 

Paşinyanın Qarabağdan olan komanda ÜZVLƏRİ
Tarix: 15-11-2023 | Saat: 13:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Paşinyanın Qarabağdan olan komanda ÜZVLƏRİ

Ermənistanın hazırkı rəhbərliyi ilə müxalifətdə olan "Qarabağ klanı" arasındakı münaqişə getdikcə gərginləşir. "Qarabağ klanı"na daxil olan əsas simalar - keçmiş prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, eks-müdafiə naziri Seyran Ohanyan Azərbaycanın ərazi bütövlüyünün tam tamin olunmasını heç cür həzm edə, revanşizm hisslərindən qurtula bilmirlər.

“Qarabağ klanı” Paşinyan iqtidarını devirməyin yollarını aramaqdadır. Ermənistan cəmiyyətinin əksəriyyəti isə ölkənin yenidən müharibə aparmasını istəmir. Bu səbəbdən də “Qarabağ klanı” Ermənistan cəmiyyətində itirdiyi etimadı heç cür bərpa edə bilmir.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın hazırkı komandasında da əslən Azərbaycanın Qarabağ bölgəsindən olan yüksək vəzifəli şəxslər var.

Qarabaqinfo.az-ın məlumatına görə, Paşinyan komandasının qarabağlı üzvlərindən biri Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır.
 


Armen Qriqoryan 25 dekabr 1983-cü ildə Azərbaycanın Xocavənd şəhərində anadan olub. 2001-ci ildə Xocavənddəki 2 nömrəli məktəbi bitirərək İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Daha sonra o, Qarabağ separatçılarının qondarma “ordu”sunda hərbi xidmət keçib.

2009-cu ildə Ermənistanda Amerika Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin magistraturasına daxil olub və 2011-ci ildə bitirib. 2012-ci ilin martından 2013-cü ilin sentyabrına qədər Counterpart İnternational təşkilatının Ermənistandakı nümayəndəliyində vətəndaş cəmiyyəti üzrə məsul vəzifədə çalışıb. 2015-ci ilin aprelindən 2018-ci ilin may ayına qədər Antikorrupsiya Mərkəzi Transperesi İnternational ictimai təşkilatında seçkilərlə bağlı proqramların koordinatoru vəzifəsində çalışıb.

2018-ci ilin aprel-may aylarında Ermənistanda “məxməri inqilab”da iştirak edib, “Rədd olsun Serj” təşəbbüsünün üzvü olub, dəfələrlə mitinqlərdə çıxış edib. Hərəkatın digər liderləri ilə birlikdə o, mitinq yerindən zorla çıxarılıb və sonra həbs edilib. Serj Sarkisyanın istefasından sonra A.Qriqoryan həbsdən azad edilib.
2018-ci ilin may ayında baş nazir Nikol Paşinyanın fərmanı ilə o, Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi təyin edilib. A.Qriqoryan Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvüdür.


Paşinyanın digər qarabağlı kadrı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini Edvard Asryandır.


Edvard Asryan 22 may 1977-ci il tarixində Azərbaycanın Xocavənd rayonunun Azıx kəndində anadan olub. 1994–1999-cu illərdə Xankəndi Dövlət Universitetində təhsil alıb. 2004–2006-cı illərdə Rusiya Federasiyası Silahlı Qüvvələri Akademiyasında hərbi təhsilə yiyələnib. 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasının üç aylıq kurslarını, 2021-ci Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasının başqa kurslarını bitirib.

E.Asryan 1994-cü ildən Ermənistan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2015–2017-ci illərdə müdafiə naziri Vazgen Sarkisyan adına hərbi universitetin rəis müavini, daha sonra isə fakültə rəhbəri vəzifələrini icra edib. 2017-ci ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini təyin edilib. 2019-cu ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi təyin olunub.

30 oktyabr 2020-ci ildə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilib. 5 iyul 2023-cü ildə Ermənistan Prezidentinin fərmanı ilə Edvard Arsyana general-leytenant hərbi rütbəsi verilmişdir.

21 may 2021-ci ildə general-mayor Edvard Asryan Baş Qərargahın Əməliyyat Baş İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib. həmin il 27 sentyabrda isə o, vəzifəsindən azad olunub. 14 iyul 2022-ci ildə Ermənistan Prezidentinin fərmanı ilə Edvard Asryan beş il müddətinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi təyin edilib.



Xəbəri paylaş

1156 dəfə oxunub.

Digər xəbərlər