Tarix: 13-11-2023 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda müharibə veteranlarına verilən 80 manat müavinətə yenidən baxılması lazımdır.
Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
“Baş nazirin burada olmasından istifadə edərək, yenidən bildirirəm ki, müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır. Bununla bağlı məsələyə yenidən baxılmalıdır”, - deyə komitə sədri vurğulayıb.
"Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır", - deputat əlavə edib.
Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.
Digər xəbərlər