Tarix: 11-11-2023 | Saat: 11:50
Bölmə:Karusel / Sosial | çapa göndər
Noyabrın 11-nə olan məlumata əsasən noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, noyabrın 10-da axşam saatlarından güclü külək tədricən zəifləyib, 11-də səhər saatlarından yağıntılar kəsilib.
Düşən yağıntının miqdarı Astarada 45 mm (aylıq normanın 29%-i), Lənkəranda 24 mm (aylıq normanın 14%-i), Yardımlı, Xaltan, Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub. Şamaxı, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.
Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Digər xəbərlər