Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın humanitar yardımı Ukraynaya çatdırıldı
Tarix: 09-11-2023 | Saat: 11:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanın humanitar yardımı Ukraynaya çatdırıldı

 

 

Azərbaycandan Ukraynaya göndərilən növbəti humanitar yardım ünvana çatdırılıb.

Qarabaqinfo.az  xəbər verir ki, Ukraynanın Xmelnitski vilayətində humanitar yardımın təhvilvermə mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, Ukrayna Energetika Nazirliyinin nümayəndəsi Petro Lutsiv, KİV nümayəndələri iştirak ediblər.
 

Tədbirdə açıqlama verən Sabir Rzayev bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib.


Ukrayna Energetika Nazirliyinin nümayəndəsi Petro Lutsiv göstərdiyi növbəti yardıma görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. 



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər