Saytımızı qiymətləndirin


 
 

Prezident şəhid polisləri təltif etdi
Tarix: 07-11-2023 | Saat: 15:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident şəhid polisləri təltif etdi

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, təltif olunanlar arasında bu ilin sentyabrın 19 şəhid olan polis əməkdaşları da var. 

 

Polis serjantları - Şirinov Ramil Arif oğlu, Zamanov Xəzər Azər oğlu, Mahmudov Seymur Elsevər oğlu, Məmmədov Rasim Oktay oğlu, Əsgərov Ələsgər Zakir oğlu, Abdullayev Seyfi Fəqan oğlu və Camalzadə Asim Knyaz oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunublar.

 

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

 

Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov şəhid olmuşdular.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər