Saytımızı qiymətləndirin


 
 

Şuşa və Xankəndidə yeni teleməkan yaradılsın - TƏKLİF
Tarix: 03-11-2023 | Saat: 14:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şuşa və Xankəndidə yeni teleməkan yaradılsın - TƏKLİF

Azərbaycan xalqının informasiya təhlükəsizliyi ilə bağlı səsimizin ucaldılması üçün Şuşa və ya Xankəndidə yeni teleməkan, yaxud informasiya istehsalı məkanı yaratsaq və bunu büdcədə nəzərə alsaq, uyğun olar.

 

Qarabaqinfo.az -ın məlumatına görə, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər