Tarix: 01-11-2023 | Saat: 11:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Vaqifin rəhbərliyi ilə Badara kəndindən olan ermənilər və digər erməni silahlıları 1500 nəfərlə Meşəliyə hücuma keçdilər. Hadisə zamanı atamı və anamı öldürdülər”.
Qarabaginfo.az xəbər verir ki, bunu Vaqif Xaçşatryanın məhkəməsində Meşəli sakini, zərərçəkən Nadir Əkbərov deyib.
O, kəndə səhərə yaxın hücum edildiyini bildirib: “Meşəlinin, Xocalının birbaşa, ən böyük qatili Vaqif sənsən. Vaqifi "Vagi" kimi çağırırdılar. Hadisə vaxtı səsgücləndirici ilə Azərbaycanca bizi kənddən çıxmağa çağırırdılar. Çıxmaq istəyəni də qapısında güllələyirdilər. Bu Vaqif indi boynuna almır, amma təkcə Məşəli yox, Malıbəyli, Quşçular və digər Azərbaycan kəndlərinə birbaşa hücum edən şəxslərin içində bu olub. Bu Əsgaranda Vitali Balasanyanla birlikdə Xocalı əsirlərini dəyişən adam olub. Vitalinin ən yaxın adamlarından olub. Bunlar uşaq, gəlin, qız demədən hamını güllələyiblər. Bunu ömürlük azadlıqdan məhrum etməyinizi xahiş edirəm".
Digər xəbərlər