Saytımızı qiymətləndirin


 
 

Paşinyan Rusiya bazasını Fransa bazasıyla əvəz edə bilsə, nələr olacaq...
Tarix: 26-10-2023 | Saat: 16:24
Bölmə:Karusel / Dünya | çapa göndər

Paşinyan Rusiya bazasını Fransa bazasıyla əvəz edə bilsə, nələr olacaq...

Nikol Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa, bunun Azərbaycan üçün hansı təhlükəsi yarana bilər?
 

Qarabaqinfo.az -ın məlumatına görə, siyasi ekspert Elxan Şahinoğlu mövzunu şərh edib:


“Ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur. Ermənistanda möhkənlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək, çünki qarşısında Azərbaycanla yanaşı, Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq”.


Ekspert bildirib ki, NATO üzvü olan Fransanın Ermənistanda hərbi bazası açılacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası yaradılacaq.


“Fransa Ermənistanı Avropa İttifaqının və NATO-nun üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu yalnız Fransanın istəyindən asılı deyil.

Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq”.


E.Şahinoğlu deyib ki, Rusiya 3 addımla Ermənistanı çökdürməyə çalışacaq:


1. Rusiya Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək;

2. Rusiya öz bazarını Ermənistan məhsullarına qapadacaq;

3. Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq.


“Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?”, - E.Şahinoğlu deyib.

Modern.az


Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər