Saytımızı qiymətləndirin


 
 

HƏMAS girov ana və qızını azad etdi - Yenilənib + Fotolar
Tarix: 21-10-2023 | Saat: 11:02
Bölmə:Karusel / Dünya | çapa göndər

hemas-girov-ana-ve-qizini-azad-etdi

Fələstinin Həmas hərəkatı iki ABŞ vətəndaşının azad edildiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilatla əlaqəli teleqram xəbər kanalında məlumat verilib.

“Əl-Qəssam Briqadaları Qətərin səylərinə cavab olaraq, humanitar əsaslarla iki ABŞ vətəndaşını (ana və qızı) azad etdi”, - məlumatda qeyd olunub.

 

İsrail HƏMAS qruplaşmasının üzvlərindən girov saxlanılan Judith və Natali Raananı qəbul etdiklərini təsdiqləyib.

HƏMAS tərəfi bildirib ki, onlar humanitar səbəblərə görə azad edilib.

Qeyd edək ki, bu iki şəxs oktyabrın 7-dən İsrailin azad etdikləri ilk girovlardır. 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.



 



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər