Qəzza zolağında fəlakətli humanitar vəziyyətə görə Almaniya 50 milyon avro dəyərində təcili yardım göstərəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramı, UNICEF və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi kimi təşkilatlara dəstək üçün istifadə olunacaq.
Berbokun sözlərinə görə, Almaniya diiqətini əhalini ərzaqla təmin etmək və səhiyyə xidmətlərinə çıxış imkanlarını yaxşılaşdırmaq üzərində cəmləşdirir: “Biz Qəzzaya tibbi qruplar göndərməyə, eləcə də ağır yaralı uşaqların müalicəsi üçün imkan yaratmağa hazırlaşırıq”.
Öz növbəsində XİN rəhbəri İordaniya hakimiyyətini Qəzza zolağında mülki şəxslərə yardım üçün 4,7 milyon avro ayırdığına görə təqdir edib və digər Körfəz ölkələrini krallıqdan nümunə götürməyə çağırıb.