Saytımızı qiymətləndirin


 
 

Kreml: Putin ABŞ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyətlə bağlı danışmayıb
Tarix: 20-10-2023 | Saat: 16:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Kreml: Putin ABŞ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyətlə bağlı danışmayıb

Rusiya ilə ABŞ arasında təmaslar Təhlükəsizlik Şurası vasitəsilə davam edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenlə Yaxın Şərqdəki vəziyyətlə bağlı danışmayıb, lakin Təhlükəsizlik Şurası xətti ilə təmaslar gedir.

Kremlin sözçüsü Yaxın Şərqdə vəziyyətin yaxşılığa doğru dəyişmədiyini də söyləyib.

Qeyd edib ki, İsrail quru əməliyyatına başlasa, Qəzzada mülki şəxslər üçün risklər artacaq.

Peskov Putinin siyasəti ilə HAMAS-ın hərəkətlərini müqayisə edən Baydenin sözlərini də şərh edib. O, bunu qəbuledilməz adlandırıb.

"Putin dünyada məşhur olan siyasi liderdir, lakin prezident üçün ən önəmlisi rusiyalıların onun işinə verdiyi qiymətdir", - Kreml rəsmisi əlavə edib.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər