Saytımızı qiymətləndirin


 
 

Rusiya sülhməramlılarından Qarabağ açıqlaması: 13 nəzarət məntəqəsi...
Tarix: 18-10-2023 | Saat: 10:41
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Rusiya sülhməramlılarından Qarabağ açıqlaması: 13 nəzarət məntəqəsi...

Rusiya sülhməramlılarının cavabdehlik zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yollar boyu 13 nəzarət-buraxılış məntəqəsi yaradılıb, onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.


Məlumatda qeyd edilib ki, 2023-cü il sentyabrın 19-dan Əsgəran, Ağdərə, Xocavənd və Şuşa  rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

 

Bir neçə gün öncə Valdayda keçirilən Beynəlxalq Diskussiya Forumunda Rusiya Prezindenti Vladimir Putin sülhməramlıların statusundan danışıb.  "Azərbaycan hesab edirdi ki, sülhməramlıların statusu ilə bağlı əlavə saziş imzalamağa ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, - Rusiya prezidenti bildirib.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər
7-10-2021, 15:40 Şabranda zəlzələ olub