Saytımızı qiymətləndirin


 
 

Zelenski Gürcüstanı Abxaziya və Cənubi Osetiyaya qarşı müharibəyə ÇAĞIRDI
Tarix: 16-10-2023 | Saat: 11:19
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Zelenski Gürcüstanı Abxaziya və Cənubi Osetiyaya qarşı müharibəyə ÇAĞIRDI

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanı itirilmiş ərazilərini geri qaytarmağa çağırıb.
 

Qarabaqinfo.az xəbər verir ki, Zelenski bu barədə İsveçdə keçirlən Birgə Ekspedisiya Qüvvələrinin sammitinə onlayn qoşularkən danışıb.


Zelenski deyib ki, Gürcüstanın belə bir addım atması Rusiya-Ukrayna müharibəsinə də təsirsiz ötüşməyəcək. Nəticədə həm Ukraynaya qarşı müharibə aparan Rusiya zəifləyəcək, həm də Gürcüstan qarşısında ərazi bütövlüyünü bərpa etmək üçün yeni perspektivlər açılacaq.

Zelenskinin sözlərinə görə, bu cür hərəkətlər Avropada ümumi təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək və tarixi kontekstdə vacibdir.
 

Abxaziya və Cənubi Osetiyaya Gürcüstan ərazisində yaradılmış və Rusiyanın dəstəklədiyi separatçı “respublikalar”dır.

Xatırladaq ki, paytaxtı Sxinvali olan Cənubi Osetiya “müstəqilliyini” 1990-cı ildən elan edib. Gürcüstan hökuməti bunun qarşısını almağa çalışsa da, Rusiyanın osetinlərin tərəfində çıxış etməsi rəsmi Tbilisinin müharibəni uduzması ilə nəticələnib.

Abxaziya isə 1992-ci ildə “müstəqilliyini” elan edib. Gürcüstan-Abxaziya müharibəsi də Rusiyanın müdaxiləsi nəticəsində nəticə verməyib.

Gürcüstan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımır və onların özünün regionu hesab edir.

Moskva isə hər iki separatçı qurumun suverenliyini tanıyıb.

Modern.az

Daha çox xəbər



Xəbəri paylaş

182 dəfə oxunub.

Digər xəbərlər