Saytımızı qiymətləndirin


 
 

Ersin Tatar: Azərbaycan və Şimali Kipr arasında əlaqələr daha da güclənəcək
Tarix: 13-10-2023 | Saat: 11:17
Bölmə:Karusel / Region | çapa göndər

Ersin Tatar: Azərbaycan və Şimali Kipr arasında əlaqələr daha da güclənəcək

Azərbaycan və Şimali Kipr arasında əlaqələr, sevgi və hörmət getdikcə daha da güclənəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Mədəniyyət və Təqdimat Günləri çərçivəsində Bakıda keçirilən tədbirdə çıxışı zamanı Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib.

“Bugünkü tədbiri mən çox əhəmiyyətli sayıram. İnanıram ki, belə tədbirlər can Azərbaycanla Şimali Kipr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Şimali Kipr xalqı hər zaman əzilib, hüquqlarımız hər bir sahədə tapdalanıb. Lakin xalqımız böyük müqavimət göstərib və bizi Türkiyədən ayırmaq istəyən qüvvələrə qarşı çıxıb.

Azərbaycan xalqı da böyük çətinliklərdən keçib və bu mənada talelərimiz oxşardır. Qarabağın işğaldan azad olunmasını nəzərdə tuturam. Bu gün biz ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Dahi şəxsiyyət olan Heydər Əliyevin oğlu İlham Əliyevin rəhbərliyi, Baş Komandanlığı altında Qarabağ öz azadlığına qovuşub. Bu münasibətlə bir daha ürəkdən Azərbaycan xalqını təbrik edirəm. Dövlətinizə və millətinizə bundan sonra sülh, əmin-amanlıq və gözəl həyat arzu edirəm. Biz eyni millətin insanlarıyıq, mədəniyyətimiz birdir, tariximiz birdir, dillərimiz də birdir. Bizlər bir-birinimizin gözünə baxarkən ürəyimizdən keçənləri oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz mədəni, ticarət, təhsil və başqa sahələrdə daha da inkişaf edəcək. Biz böyük türk dünyasının övladlarıyıq. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Azərbaycan və digər türk dövlətləri bir-biri ilə çox sıx bağlıdır. 300 milyonluq türk dünyasının bir-birinə daha da yaxınlaşması, qardaşlıq bağlarının möhkəmlənməsi üçün daha böyük addımlar atılacaq. Turan sevdasının gerçəkləşəcəyi arzusundayıq".



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər