Tarix: 11-10-2023 | Saat: 17:25
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Azyaşlı uşaqlara silah təlimi verməklə Qarabağda sabitliyin qarşısını almağı hədəfləyən bir struktur görürük".
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyəni İYİ Partiya sədri Meral Akşener partiyanın parlament fraksiyasının toplantısında deyib.
"Ermənistan asimmetrik mübarizəyə hazırlaşır. Biz bilirik ki, Ermənistan hökumətləri uzun müddətdir ki, PKK-ya dəstək verir. Sərhədlərimizdəki boşluqları dərhal aradan qaldırmalı, sərhədlərimizi terrorçuların keçidlərindən qorumalıyıq. Qarabağ türkdür, Qarabağ Azərbaycanındır. ASALA ilə cəhd etdilər və uğursuz oldular, Hizbullah ilə cəhd etdilər, amma uğursuz oldular, FETÖ ilə cəhd etdilər və uğursuz oldular", - o bildirib.
Akşenerin sözlərinə görə, Fələstin hər zaman erməni lobbisində durub.
Digər xəbərlər