Tarix: 04-10-2023 | Saat: 11:22
Bölmə:Karusel / Region | çapa göndər
Xəbər verdiyimiz kimi, Ermənistanın sabiq ombudsmanı Kristine Qriqoryan ölkənin baş naziri Nikol Paşinyanın qərarı ilə yeni yaradılmış Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub.
Qarabaginfo.az "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Kristine Qriqoryanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilməsi qərarını və xidmətin funksiyalarını şərh edib.
"Xidmət siyasi cəhətdən neytral qurumdur. Yeni xidmətin rəhbərinin qarşısında müasir çağırışlara səmərəli cavab verən, möhkəm institusional bazaya malik olacaq və Ermənistan Respublikasının həyati maraqlarına xidmət edə biləcək kəşfiyyat xidmətinin yaradılması vəzifəsi dayanır. Əminik ki, Kristina Qriqoryanın dövlət idarəçiliyi sahəsində təcrübəsi qeyd olunan problemlərin həlli üçün kifayətdir", - o söyləyib.(modern.az)
Digər xəbərlər