Saytımızı qiymətləndirin


 
 

Baş nazirlərin görüş vaxtı ertələndi - Bir gün sonra...
Tarix: 30-03-2023 | Saat: 12:39
Bölmə:Karusel / Region | çapa göndər

Baş nazirlərin görüş vaxtı ertələndi - Bir gün sonra...

 

Rusiyanın tələbi ilə MDB Hökumət Başçıları Şurasının iclası iyunun 8-dək təxirə salınıb.

 

Qarabaginfo.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

 

"Əvvəlcə iyunun 7-də Soçidə keçirilməsi planlaşdırılan toplantı Rusiya tərəfinin təklifi ilə iyunun 8-nə təxirə salınıb. Birlik ölkələrinin hökumət başçıları Soçidə iyunun 8-də bir araya gələcəklər", - o qeyd edib.

 

Bildirilib ki, bu gün Minskdə MDB İcraiyyə Komitəsində Birlik Dövlətlərinin MDB-nin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının və MDB İqtisadi Şurası yanında İqtisadi Məsələlər üzrə Komissiyanın birgə iclası keçirilir. Tədbir iştirakçıları Hökumət Başçıları Şurasının növbəti iclasının gündəliyi layihəsinin formalaşdırılması, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına hazırlığın təhlili, təşəbbüslərin həyata keçirilməsi üçün yol xəritəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.(Modern.az)



Xəbəri paylaş

1128 dəfə oxunub.

Digər xəbərlər