Saytımızı qiymətləndirin


 
 

Qondarma “Artsax”ın “müdafiə naziri” də Xankəndidə GİZLƏNİR - DOSYE
Tarix: 04-10-2023 | Saat: 09:55
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qondarma “Artsax”ın “müdafiə naziri” də Xankəndidə GİZLƏNİR - DOSYE

 

Azərbaycanın hüquq-mühafizə orqanları özünü buraxdığını elan edən qondarma “Artsax”ın “rəhbərlərini” bir-birinin həbs edir.

Ruben Vardanyan, David Babayan, Lyova Mnasatkanyan, David Manukyan, Arkasi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan hazırda Bakıda dəmir barmaqlıqlar aarasındadırlar və tezliklə ədalət mühakiməsinə çıxarılacaqlar.

Azərbaycana qarşı ağır cinayətlərdə iştirak etmiş qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan və “Artsax Silahlı Qüvvələrinin komandanı” general Kamo Vardanyan hələ də Xankəndidədir. Onların da həbsi an məsələsidir.

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, “Artsax Silahlı Qüvvələrinin komandanı” general Kamo Vardanyanın dosyesini təqdim edir.

Kamo Baxaturoviç Vardanyan 18 mart 1966-cı ildə Cocavənd rayonunun Günəşli kəndində (keçmiş Hadrut rayonunun Noraşen kəndi) anadan olub.

Həmin kənddəki orta məktəbdə oxuyub. 2006-cı ildə Rusiyada Birləşmiş Silahlı Qüvvələrin Akademiyasını bitirib. 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

1992-ci il fevralın 1-dən qondarma “Dağlıq Qarabağ müdafiə ordusu”nda xidmət edir. 1992–2012-ci illərdə bu “ordunun” müxtəlif hərbi hissələrində taqım komandiri, taqım komandirinin müavini, tabor komandirinin müavini - qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, hərbi hissə komandir müavini kimi vəzifələrdə çalışıb.
2007–2012-ci illərdə qondarma “orduda” alpinistlər birliyinin komandiri olub.

2012-ci il noyabrın 12-də qondarma “Dağlıq Qarabağ müdafiə ordusu” Baş Qərargah rəisinin birinci müavini təyin edilib. 6 may 2011-ci ildə ona general-mayor hərbi rütbəsi verilib.

11 sentyabr 2021-ci ildə qondarma “Dağlıq Qarabağ respublikasının müdafiə naziri” təyin olunub.


Kamo Vardanyan 1992–1994, 2016 və 2020-ci illərdə Azərbaycana qarşı müharibələrdə iştirak edib.

Ailəlidir, iki qızı, bir oğlu var.


K.Vardanyan qondarma “Dağlıq Qarabağ müdafiə ordusu”nun 2-ci dərəcəli "döyüş xaçı" ordeni, Ermənistan Respublikasının "igidliyə görə" medalı, Ermənistan Respublikasının "Vardan Mamikonyan" ordeni ilə təltif edilib.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər