Saytımızı qiymətləndirin


 
 

Bununla Putinin Ermənistana girişinə qadağa qoyulur - Zatulin
Tarix: 03-10-2023 | Saat: 17:13
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Bununla Putinin Ermənistana girişinə qadağa qoyulur - Zatulin

Ermənistan parlamentinin Roma statutunu ratifikasiya etməsi əslində Vladimir Putinin bu ölkəyə girişinə qadağa kimi qiymətləndirilə bilər.

 

Qarabaqinfo.az  xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini Konstantin Zatulin deyib.

 

Onun sözlərinə görə, İrəvan Roma statutunun ratifikasiyasının əhəmiyyətini hər vəchlə azaltmağa çalışır və həmçinin sənədin müddəalarını Rusiyanın hökumət rəsmilərinə şamil olunmayacağına əmin edir.

 

“Mən yaxın gələcəkdə Rusiya Prezidentinin Ermənistana səfəri üçün ratifikasiyalı və ya ratifikasiyasız heç bir perspektiv görmürəm”, - Zatulin qeyd edib.

 

Xatırladaq ki, bu gün Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Müxalifətin boykot etdiyi parlament iclasında hakim partiya nümayəndələri ratifikasiya edilən sənədin Rusiyaya qarşı yönəlmədiyini deyiblər. İqtidar ratifikasiyanın Azərbaycanla əlaqəli olduğunu müdafiə edib. Bundan əvvəl “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan məsələnin parlament müzakirələrinin gündəliyinə salınmasını Ermənistan Konstitusiyasına zidd adlandırıb.

 

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər