Saytımızı qiymətləndirin


 
 

Dövlət başçısı Almaniya Prezidentini təbrik edib
Tarix: 03-10-2023 | Saat: 11:06
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 60 ili tamam olur. | Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti

 

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub göndərib.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir. Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər