Saytımızı qiymətləndirin


 
 

ABŞ Putinə qarşı sanksiyalar tətbiq edə bilər
Tarix: 11-09-2020 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ-ın Demokratlar Partiyası Senata Rusiyaya qarşı yeni sanksiya sənədi təqdim edib.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyalar Rusiyanın rəhbər şəxsləri ilə yanaşı, prezident Putinəı qarşı da yönəlib.

 

Demokratlar partiyasından olan senatorlar “Rusiyanın mükafatına cavab” adlı sanksiya sənədini mətbuatdan Moskva ilə Taliban hərəkatı arasında gizli sazişin olması barədə məlumatlardan sonra hazırlayıb. Yerli jurnalistlər in məlumatına görə, Rusiya tərəfi Talibana hər öldürülən amerikalı hərbçiyə görə, pul mükafatı verirmiş.

“Bu mükafatlandırma sistemi ilə əlaqəsi olan istənilən Rusiyanın rəhbər şəxsi və qurumu cəzalandırılmalıdır”- deyə Senatın demokrat qanadının üzvü Bob Menendes açıqlama verib.  

 

Sanksiya sənədi Rusiya hökumətinin Talivana pul ödəməsi ilə bağlı faktların təsdiqlənəcəyi təqdirdə Putin də daxil olmaqla, Rusiyanın rəhbər şəxslərinə sanksiyalar həyata keçirməyi nəzərdə tutur.

Modern.az

 



Xəbəri paylaş

343 dəfə oxunub.

Digər xəbərlər