Saytımızı qiymətləndirin


 
 

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət
Tarix: 30-09-2023 | Saat: 11:31
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

gelen-hefte-tixacda-qalmamaq-ucun-alternativ-yollar-tapin

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt sakinləri və sürücülərə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, yol polisi oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı sürücülərin alternativ yollara yönəlməsini təvsiyə edib.

İdarənin baş insprektoru polis mayoru Araz Əsgərli tədbirin Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcəyini bildirib və beynəlxalq tədbirdə iştirak edəcək yerli və xarici qonaqların əsas hərəkət marşrutlarının isə paytaxtın mərkəzi küçə və prospektlərini əhatə etdiyini bildirib: “Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə, təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün bütün hərəkət iştirakçılatından xüsusən də sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik. Sözügedən ərazilərə daxil olan çoxsaylı ziyarətçilərin axınının fasiləsiz və yüksək təhlükəsizlik şəraitində idarə olunması məqsədilə paytaxtın Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Həsənoğlu və Təbriz küçələrində nəqliyyatın hərəkətini yükləməməyi və alternativ yollardan istifadə etmələrini xahiş edirik’’.



Xəbəri paylaş

1166 dəfə oxunub.

Digər xəbərlər