Saytımızı qiymətləndirin


 
 

“Ukrayna ordusu Zaporojyedə Rusiyanın əsas müdafiə xəttini yarıb”- “The Wall Street Journal”
Tarix: 22-09-2023 | Saat: 14:46
Bölmə:Karusel / Region | çapa göndər

“Ukrayna ordusu Zaporojye vilayətinin Verbovoye kəndi yaxınlığında Rusiyanın əsas müdafiə xəttini yarıb və tank əleyhinə maneələri, o cümlədən “əjdaha dişləri” kimi tanınan xəndəkləri və beton blokları dəf edib”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” kəşfiyyat məlumatlarına istinadən yazıb.

“Rusiyanın müdafiə xəttindəki boşluq böyük deyil. Amma Ukrayna Silahlı Qüvvələri möhkəmlənə və zirehli texnikaları ötürə bilsə, bu, daha az möhkəmləndirilmiş ərazilərə zərbə endirməyə imkan verəcək”, – nəşr yazır.

“The Wall Street Journal” onu da qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətində həyata keçirdiyi əks-hücum əməliyyatının məqsədi Azov dənizinə çatmaq və Rusiyanın Krıma quru körpüsünü kəsməkdir. Ukrayna qüvvələri sahilə çata bilməsələr belə, onlar Rusiyanın təchizat xətlərinə hücum edə, Moskvanın öz qüvvələrini saxlamaq imkanlarını məhdudlaşdıra bilər.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər