Saytımızı qiymətləndirin


 
 

Paşinyan Makrondan xahiş etdi: “İlham Əliyevlə fövqəladə müzakirələrə hazıram!”
Tarix: 09-09-2023 | Saat: 13:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Paşinyan Makrondan xahiş etdi: “İlham Əliyevlə fövqəladə müzakirələrə hazıram!”

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla bugünkü telefon danışığı zamanı sərhəddəki vəziyyətin yumşalması üçün Azərbaycan lideri İlham Əliyevlə fövqəladə müzakirələr aparmağa hazır olduğunu bildirib.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.


Məlumata görə, söhbət zamanı Laçın yolu, Qarabağdakı vəziyyət, Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginlik, o cümlədən hərbi əməliyyatların artması tendensiyaları ilə bağlı məsələlər müzakirə olunub.


"Prezident Makron vurğulayıb ki, sərhədlər boyu gərginliyi azaltmaq lazımdır. Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması məqsədilə fövqəladə müzakirələr aparmağa hazır olduğunu bildirib", - rəsmi İrəvanın məlumatında deyilir.
 

Mətbuat xidməti həmçinin bəyan edib ki, Ermənistanın baş naziri 6 oktyabr 2022-ci il tarixli Praqa sazişlərinə və 14 may 2023-cü il tarixli Brüssel razılaşmalarına, eləcə də bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv şəkildə həllinə yanaşmaya sadiqliyini vurğulayıb.
 

“Makron regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib”, - məlumatda qeyd edilib.

 

 



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər