Saytımızı qiymətləndirin


 
 

Ermənistan sərhədə qoşun cəmləşdirir - Hikmət Hacıyev
Tarix: 08-09-2023 | Saat: 17:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ermənistan sərhədə qoşun cəmləşdirir - Hikmət Hacıyev

Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir.

 

Qarabaqinfo.az xəbər verir ki bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

"Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir", - deyə Hikmət Hacıyev bildirib və əlavə edib ki, Ermənistanı öz qoşunlarını sərhəddə cəmləşdirir və yeni silah sistemləri alır.

 

Onun sözlərinə görə, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib. “Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir”, - Hikmət Hacıyev bildirib.



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər
12-06-2023, 16:03 Adanada ZƏLZƏLƏ