Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərdə bu tarixədək 15 yaşayış məntəqəsi istifadəyə veriləcək
Tarix: 07-09-2023 | Saat: 11:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Kəlbəcərdə bu tarixədək 15 yaşayış məntəqəsi istifadəyə veriləcək

Bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclasında deyib.

 

O bildirib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir.

 

N. Hümmətov vurğulayıb ki, Kəlbəcər rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb: "Şəhərin Baş Plan konsepsiyası 2022-ci ilin iyunun 26-da Prezidentə təqdim edilmiş və hal-hazırda baş planın aidiyyəti qurumlarla razılaşdırılması yekun mərhələdədir. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır".

 

Onun sözlərinə görə, həmin kəndlərin sifarişçisi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti layihələri sürətlə işlənilməkdədir.



Xəbəri paylaş

1134 dəfə oxunub.

Digər xəbərlər