Saytımızı qiymətləndirin


 
 

Ermənistan üzr istəməlidir! - Prezidentin köməkçisi
Tarix: 06-09-2023 | Saat: 11:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistan üzr istəməlidir! - Prezidentin köməkçisi

“Təəssüf ki, biz Cənubi Qafqaz regionunda geosiyasi rəqabətin elementlərini görürük və bizim böyük güclərə də mesajımız budur: Daxili siyasi gündəminizi bizim regiona ixrac etməyin”.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.

 

“Ermənistan təəssüf ki, regionumuzda Suriyaya çevrilir, çünki hazırda, öz geosiyasi maraqlarına görə böyük dövlətlər arasında bölünür. Oradakı bir missiya Avropa İttifaqı (Aİ) missiyasıdır. Bizə dedilər ki, bu, mülki, qısamüddətli missiyadır. Ancaq bu, uzunmüddətli bir hala çevrilib. Eyni zamanda hərbi personalı var.

 

Diplomatik avantürizm və təbliğat əvəzinə regionda sülh və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqlarına ciddi dəstək verməlidir. Sülhün təmininə başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı”,- deyə o bildirib.



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər
23-03-2022, 18:55 Rubl bahalaşdı