Tarix: 05-09-2023 | Saat: 14:43
Bölmə:Karusel / Dünya | çapa göndər
"Ən kasıb ölkələrə 1 milyon ton taxılın çatdırılma vaxtı hələ müəyyən edilməyib".
Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Qarabağla bağlı da danışıb: "Rusiya vəziyyəti sabitləşdirmək üçün təhlükəsizlik qarantı rolunu oynamaqda davam edəcək. Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regiondan getmir və çıxa da bilməz".
Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinin Soçidə dincəlmək dəvətini qəbul edib-etmədiyini bilmir, lakin hesab edir ki, dəvət özü dövlət başçılarının dostluq münasibətlərindən xəbər verir. O, KXDR lideri Kim Çen Inın yaxın vaxtlarda Rusiya Federasiyasına səfər etmək və Vladimir Putinlə görüşmək planları ilə bağlı “The New York Times”ın məlumatlarını şərh etməyib. Peskov ordu generalı Sergey Surovikinin mövzusu ilə bağlı da heç nə bilmədiyini deyib;
Rusiya Federasiyası prezidentinin mətbuat katibi qeyd edib ki, İkinci Dünya müharibəsinin bitmə tarixinin (3 sentyabr) istirahət günü elan edilməsinin mümkünlüyü məsələsi Kremlin səlahiyyətinə aid deyil.
Digər xəbərlər