Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə pandemiyadan zərər çəkmiş sahibkarlara 41,4 milyon manat vəsait ödənilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Bu vəsait 2020-ci ilin iyun ayından bu il yanvarın 1-dək olan dövrü əhatə edir və dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilib.