Saytımızı qiymətləndirin


 
 

“Onlar heç zaman böyüməyəcəklər” -Xocalı
Tarix: 27-02-2025 | Saat: 19:18
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

Bir 1 nəfər və bunu deyən yazı "Sariya Muslum gizi ZE WERDEN NOOIT VOLWASSEN" şəkili ola bilər

26 fevral 1992 ci il tarixində baş vermiş Xocalı Soyqırımının 33 il dönümü ilə bağlı Niderland Krallığında və Almaniyada anım mərasimi təşkil edilmişdir. Niderlanddakı tədbir, Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsi abidəsi qarşısında başladı. İlk öncə, Xocalı sakinləri və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anıldı, sonra ruhlarına Quran tilavəti bəxş edildi, monument qarşısına əklil və çiçəklər qoyuldi. Anım mərasimi rəsmi hissəsi Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Himni ilə başladı. Anım mərasimini təşkil edən Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin başqanınin Video çıxışı səsləndi. Azərbaycan Respublikasının Niderlanddakı səfirlik nümayəndələri, Türkiyə Cümhuriyyətinin buradakı böyük elçilik nümayəndələrinin çıxışı oldu. Bura eləcə də, Türkiyəli millət vəkili də qatıımışdı. Azərbaycan Diasporuna Dəstək fondunun rəhbəri də tədbirdə çıxış etdi. Anım mərasimində ən önəmli çıxışçı, Xocalı sakini olan, ailə üzvlərini həmin gecədə itirmiş jurnalist, yazıçı publisit Səriyə Müslüm qızı idi. O, həmdə 32 ildən sonra Xocalıya qayıdan ilk insanlardandır. Uzun illər həsrətində olduğu Xocalının yüksək templə inkişafından fərəhlə danışan Səriyə xanım, bundan sonra Vətənimizin və xalqımızın bir daha belə məşəqqətlər görmək istəmədiyini arzuladı. Bu il o, bu tədbirə daha da rəng qataraq özünün “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen “ və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) kitablarının Holland dilində təqdimatını etdi. Kitab, hollandlı təqaüddə olan müəllim, yazıçı Henri van Rens təfəfindən tərcümə olunmuşdur. Həmin gecə həyatını itirən qadın və uşaqların həyat və ölüm anını təsvir edən bu kitab iştirakçıların böyük marağına səbəb oldu. Kitab bir çox dillərə tərcümə olunsada Holland dilində tərcümə olmasının əsas səbəbi Dünya Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsi olmuşdur. Həqiqiqətən də, Ədalətin ocağı sayılan Niderland, Xocalı Soyqırımının ədalətli həlli, bu qətliyamı törədilənlərin ədalətlə cəzalanmasını təmin etməlidir. Amma çox təəssüf ki, bir çox ölkələr, eləcə də, Niderland Krallığı, Xocalı Soyqırımının Ədalət çağırışına susaraq cavab verir.

Daha bir tədbir isə Almaniyanın paytaxtı Berlin şəhərində baş tutdu.

Anım mərasimi Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi tərəfindən təşkil olunmuşdur.
Tədbirə, alman istimaiyyəti və türkiyəli millət vəkilləri də qaşulmuşdurlar.
32 ildən sonra doğma Xocalıda həyatın yenidən canlanmasına həsr edilən videoçarx nümayış olundu.
Sonra, səfir Nəsimi Ağayev, qan yaddaşımız olan Xocalı Soyqırımının dünya ictimaiyyətinə yaymağın vacibliyini vurğuladı.
Tədbirin xüsusi qonağı, əməkdar jurnalist, yazıçı publisist, Səriyə Müslüm qızı bu il həyatının dəyişdiyindən, 32 ildən sonra Xocalıda başlanan yeni həyatından söhbət açdı.

Tədbirdə, 1991 ci ildən UNESCO İncəsənət Birliyinin üzvü olan rəssam, Əşrəf Heybətovun rəsm sərgisi nümayiş edildi.

Tədbir öz işini iştirakçılarla fikir mübadiləsi və xatirə fotolarının çəkilməsi ilə yekunlaşdırdı.

Sonda Səriyyə Müslümqızı "Xocalıdan gələn var" kitabının Holland dilində dərc olunmasına görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova təşəkkür etdi.  

Gülnarə Əliyeva
Niderland Krallığı

Bir ‎8 nəfər, televiziya və ‎bunu deyən yazı "‎Wiha oDe e و‎"‎‎ şəkili ola bilərBir 1 nəfər, şamdan, platforma və bunu deyən yazı "Sariyya Jafarova Dear Embassy Officials, Dea DarEnbssyOfik.orPrdpr Participants the Event, you peogla heartfelt respecti disasters, Khojaly Khojaly willn NeT aloanatotetnot/teneweee hold, We forget, films serve turned urned life upside down. Bast ast my loved ones people from OU ur generation. L夢" şəkili ola bilərBir 4 nəfər və mətn şəkili ola bilər



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər