Saytımızı qiymətləndirin


 
 

MM-in komitə sədri: “Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı 16-ya çatdırılacaq”
Tarix: 11-09-2020 | Saat: 12:15
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

MM-in komitə sədri: “Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı 16-ya çatdırılacaq”

“Azərbaycan ilk günlərdən koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz koronavirusla effektiv mübarizəyə xidmət edir”.

Qarabaginfo.az -ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. Onun sözlərinə görə, ölkədə mövcud olan müasir laboratoriyaların sayının 45-ə çatdırılmaqla, son bir neçə ay ərzində koronavirusa görə 950 mindən çox test keçirilib: “Hazırda 9 modul tipli xəstəxana istismara verilib və yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Bundan başqa ölkədə 46 xəstəxana koronavirus xəstələrinə xidmət göstərmək üçün ayrılıb.

575 çarpayılıq “Yeni Klinika” fəaliyyətə başladı, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq xəstəxana istifadəyə verilib. Bu günlərdə isə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 820 yerlik modul tipli növbəti hospitalın açılışı olub. Bu tədbirlər virusun daha böyük miqyasda yayılmasının qarşısını almağa, yoluxanların müalicəsi üçün imkanların genişləndirilməsinə şərait yaradıb. Nəticədə sağalanların sayı yoluxanların sayını üstələdi və biz müsbət dinamika əldə etdik. Bu dinamikanı qoruyub saxlamaq üçün karantin rejiminin tətbiqi olduqca mühüm əhəmiyyət kəsb edir”.

Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilib.



Xəbəri paylaş

345 dəfə oxunub.

Digər xəbərlər