Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA
Tarix: 04-09-2023 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

Ötən gün Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Yerli vaxtla saat 20:38-də qeydə alınan zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında da hiss olunub. Gecə saatlarında isə Kürdəmirdə nisbətən zəif afterşok qeydə alınıb.

 

Zəlzələ əhali arasında təşvişə səbəb olub. Maraqlıdır ki, bu dəfə "Google" şirkətinin zəlzələ xəbərdarlığı bir çox mobil telefonda işləməyib və insanlara bildiriş göndərilməyib.

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli bildirib ki, Azərbaycanda seysmoloji təkanların olmadığı gün yoxdur:

 

“Mən həmişə demişəm indi də fikrimin üstündə dayanıram ki, Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Güclü zəlzələ 8 baldan, orta güclü zəlzələ isə 7 baldan götürülür. Elə gün yoxdur ki, respublika ərazisində müxtəlif vaxtlarda zəlzələ olmasın. Onların içərisində hiss olunanı da, olunmayanı da  olur. Həmən gün 37 təkan olmuşdu, onlardan biri də Kürdəmirdə baş verdi və hiss olundu. 52 kilometr dərinlikdə olan zəlzələnin 4 baldan yuxarı olanı hiss olunur. Dağıntı məsələsinə gəldikdə, heç 7 bal zəlzələdə də bu baş verməməlidir. Çatlar əmələ gəlməlidir. Əgər burada çatlar əmələ gəlibsə, keyfiyyətsiz, köhnə tikintilər buna səbəb olub. Zəlzələ dərinlikdə olduğuna görə respublikanın xeyli ərazisində hiss edib”.

 

Q.Yetirmişli Azərbaycandakı ən həssas seysmik zonalar barədə də məlumat verib:

 

“Bununla bağlı xəritələr var. Harada güclü zəlzələlərin əhatə dairəsi olması ilə bağlı məlumat da var. 427-ci ildən bu yana baş vermiş güclü zəlzələlərin, dağıntıların baş verdiyi ərazilərlə bağlı xəritəni tərtib etmişik. Şamaxı və Gəncəbasar regionları bu xəritədə ən həssas bölgələrdir. Ümumiyyətlə, Azərbaycan 8-9 ballıq zonada yerləşir.  Elə yerlər var ki, orada müxtəliflik var. Ona görə dəhər hansı işlər olduqda gərək tətdiqat aparıb dəqiqləşdirilmələr aparılsın”.

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru "Google” vasitəsilə zəlzələ barədə məlumat verilməməsinə də münasibət bildirib:

 

“Bu proqram bizdə 2003-cü ildən bu yana var, amma düzgün məlumat vermir.  “Android” proqramıdır. Bu yaxınlarda məlumat verdi ki, Xəzərdə zəlzələ olub. Lakin zəlzələ Xəzərdə yox, başqa yerdə baş vermişdi.  Bundan başqa proqramı qoşurlar ki, guya məlumat verəcək. Noldu? İyulun 4-də Xəzərdə zəlzələ olmuşdu. Saatlarla vaxt göstərmişdi. Heç biri də hiss olunmadı. Orada afterşok oldu. Proqramda maqnitutası 5-6 deyə göstərdi. Proqram onu düzgün göstərmir. 18 ölkə Avropa üzrə şəbəkəyə qoşulub. Təkan olan kimi bunlar məlumat göndərir. Bunların məlumatlarından heç biri doğru deyil. YMSK-ya baxsaq, biri 75, biri 35 kilometr verir. Bunlar da hesablayıb ortaq məxrəcə gətirib, parametr verirlər. O vaxtdan belə qərara gəldik ki, camaat çaşbaş qalacaq. Cəlilabadda zəlzələ olmuşdu. Proqrama qoşulmuş, Qazaxda, Şəkidə yatan xəbərsiz olanlar təlaş içərisində qalıb ki, zəlzələ oldu. Əhali özü bilər. Mən göstəriş vermirəm. Bu hərənin öz subyektiv fikridir. Birinci  növbədə maarifləndirmə işində yaxından tanış olmaq lazımdır ki, insanlar təlaşa düşməsinlər. Bunun xəstəsi, yaşlısı, stress keçirəni var. Gəl, indi məlumat göndər. Heç zəlzələnin harada baş verdiyindən xəbəri yoxdur. Heç zəlzələ burada hiss olunmayıb. Adam burada təşviş içərisinə düşür".



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər